Tbilisidə etirazçılar parlament binasını blokadaya alıblar

Tbilisidə etirazçılar parlament binasını blokadaya alıblar

Tbilisidə etirazçılar Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin uğursuzluğundan sonra hakimiyyətin istefa verməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

 

Rakurs.tv xəbər verir ki, aksiya iştirakçıları və müxalifət liderləri parlament binasının qarşısına çadırlar quraşdırıb və binanın darvazalarına simvolik qıfıllar taxıblar. Etirazçılar parlamentə etiraz edəcəklərini və hakim partiyanın deputatlarının binaya girişinə imkan verməyəcəklərini deyirlər.

Facebook