Tanınmış şadlıq sarayında kütləvi dava: Yaralılar var

Tanınmış şadlıq sarayında kütləvi dava: Yaralılar var

Bakıda Yasamal rayonu ərazisindəki "Ağ çiçəyim" şadlıq sarayında kütləvi dava olub.

 

Şadlıq evində keçirilən toy mərasimi zamanı tərəflər arasında yaranan mübahisə kütləvi davaya səbəb olub. Hadisə nəticəsində 2 nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Məlumata görə hadisə zamanı R. Məmmədovun burnu sınıb.

 

Faktla bağlı Polis İdarəsində araşdırmalar aparılır.

Facebook