Tanınmış hüquq müdafiəçisi ölü tapıldı

Kiyev ətrafında üç gün əvvəl itkin düşən ukraynalı hüquq müdafiəçisi İrina Nozdrevskayanın meyiti tapılıb.
 
Bu barədə “Ukrayna 112” telekanalına DİN nümayəndəsi İlya Kiva məlumat verib.
İlkin istintaq zamanı məlum olub ki, meyiti körpüdən atıblar. Hüquq-mühafizə orqanları hadisəni İrinanın peşəkar fəaliyyəti ilə əlaqələndirirlər. 
Qeyd edək ki, İ. Nozdrovskayanın bacısını 2015-ci ildə Vışqorod Rayon Məhkəməsinin hakimi Dmitri Rossoşanskinin əmisi oğlu avtomobillə vurub öldürmüşdü. Sonradan məlum olub ki, sürücü hadisə zamanı içkili olub. Hüquq müdafiəçisi iki il ərzində bu işi araşdırırdı. 
2017-ci ildə Nozdrovskaya Rossoşansikinin cəza almasına nail olub. Sonuncu yeddi il müddətinə azadlıqdan məhrum edilib. Qadının qohumlarının sözlərinə görə, hakimin yaxınları Nozdrovskayanı dəfələrlə hədələyiblər. 
Hüquq müdafiəçisinin itkin düşməsi barədə dekabrın 29-da məlum olub.