Tanınmış həkim Korona virusu ilə bağlı həyəcan təbili çaldı

Tanınmış həkim Korona virusu ilə bağlı həyəcan təbili çaldı

Vasif İsmayıl: “Korona qrip kimi bir virusdur və bunun müalicəsi var”

 

Bütün dünyada gündəm olan Korona virusu sürətlə yayılmağa və can almağa davam edir. Çində ortaya çıxan virus artıq yüzlərlə insanın həyatına son qoyub. Virus haqqında ən çox verilən suallardan biri isə, onun simptomlarının nə olması və profilaktikasının necə aparılmasıdır.

 

Mövzu ilə bağlı Rakurs.tv –yə danışan tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, Çində yayılan və insan tələfatı ilə nəticələnən bu virus artıq dünya üçün də təhlükəyə çevrilib: “Çinin əhalisinə nisbətdə, həlak olanların sayı çox azdır. Amma bizim ölkənin əhalisinin sayı ilə müqayisə etsək, kifayət qədər böyük rəqəm alına bilər. Ona görə də vətəndaşlarımız bu virusdan qorunmaq üçün müəyyən qaydalara əməl etməlidir”.

 

Vasif ismayılın sözlərinə görə, insanlar ilkin qrip əlamətlərini hiss etdikləri zaman , daha az adamlarla təmasa keçməlidir: “Mütləq karantin qurulmalıdır. Çoxlu maye qəbul edib, evdə yatmaq lazımdır. Əgər əlamətlərə nəzarətdə çətinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır”. 

 

Ekspert əlavə edib ki, virus, qulluq edilmədikdə ölümcül ola bilir: “Korona virusunun ölkəmizə keçmək ehtimalı kifayət qədər böyükdür və yəqin ki bu baş verəcək.  Korona qrip kimi bir virusdur və bunun müalicəsi var. Ümumiyyətlə bütün virusların müalicəsi  mümkündür.  Müasir dövrümüzdə müalicəsi olmayan çox nadir viruslar mövcuddur.  Bu virusun müalicəsini insan orqanizmi özü həyata keçirir. İnsan xüsusi yataq rejiminə əməl etməklə bu virusdan da yaxa qurtara bilər”.

 

Facebook