Tale Bağırzadə Fuad Qəhrəmanlı məsələsinə münasibət bildirdi

Tale Bağırzadə Fuad Qəhrəmanlı məsələsinə münasibət bildirdi

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə həbsxanadan bəynat yayıb.

 

Rakurs.tv-nin verdiyi xəbərə görə, bu barədə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən məlumat verilb.

 

Bəyanatda vurğulanır: "Son günlər mətbuatda Azərbaycan Xalq Cəbhəsi Partiyası funksioneri Fuad Qəhrəmanlıya qarşı Prokrorluqda qaldırılan cinayət işi bizi ciddi narahat edir. Fuad bəy uzun illər cəmiyyətdə mübariz ruhu ilə tanınan, haqsızlığa qarşı ciddi cəhdlə mübarizə aparan və haqq çağırışı üçün həbs həyatı belə yaşayan dəyərli insandır. O, bu illər ərzində Azərbaycan cəmiyyətinin demokratik dəyərlərinə təkan verəcək müstəsna addımlar atmış və atmaqdadırda. Heç şübhəsiz bütün bu hallar hələ də addımbaşı insan hüquqlarını pozan hakimiyyətin narahatlığı ilə müşahidə olunmalı idi. Elə buna görə də bu gün heç bir şikayət və tələb olmasına baxmayaraq Fuad bəyə qarşı cinayət işi açılmışdır. Biz Fuad Qəhrəmanlıya qarşı açılan cinayət işini qərəzli və eyni halda demokratiya uğrunda mübarizə aparan azad düşüncə sahibinə qarşı addım kimi qiymətləndiririk. Bu gün  hakimiyyətdə yetərincə cinayət və cinayətkarın olduğu bir zamanda bu addımı Fuad Qəhrəmanlının azad söz və mübariz ruhiyyəsi üçün təxribat olduğunu bildirir və bu addımı qətiyyətlə pisləyirik. Hakimiyyətdən ona qarşı açılan cinayət işinə tezliklə xitam verməsini tələb edirik".

Facebook