Tale Bağırzadə Cəmil Həsənliyə və ailəsinə olunan təzyiqləri qınadı

Tale Bağırzadə Cəmil Həsənliyə və ailəsinə olunan təzyiqləri qınadı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənlinin təzyiqlərə məruz qalmasına münasibət bildirib.

 

Bu barədə Tale Bağırzadənin rəsmi facebook səhifəsində paylaşım edilib.

 

Rakurs.tv paylaşımı olduğu kimi təqdim edir:

 

"Hörmətli professor Cəmil Həsənlinin siyasi mübarizə adı ilə iyrənc formada hədəfə alınmasını qətiyyətlə pisləyir və lənətləyirik.
Əslində heç bir mənəvi əndazəyə və əxlaqi çərçivəyə sığmayan bu cür utnacverici hadisə təkcə Cəmil bəyə deyil, hər bir vicdanlı insana yönəlmiş ağır bir təhqirdir. Xüsusən də məni həbsxana divarları arasında daha çox narahat edən şəhidlərimizin qanlarının qurumadığı, qazi ailələrinin dərtlərinin hələ dinmədiyi belə bir mənəviyyat yüklü ortamda bu cür iyrənc addım atılmasıdır. Axı şəhidlər və şəhid ailələri, ümumən Azərbaycan xalqı bunu haqq etmir. Şəxsən mən bu mənəviyyatsız hadisəni eşidən hər bir şəhid ailəsindən üzr istəyirəm.
Cənablar, sizdən isə ilk olaraq xahiş, daha sonra təkidlə tələb edirəm ki, şəhidlərimizin qanı, qazilərimizin canı hörmətinə ölkəmizi yaşanmaz xaotik bir duruma sürükləməyin.

Tale Bağırzadə
Müsəlman Birliyi Hərəkatının sədri.
Qobustan Həbsxanası.
30.03.2021".

 

"

Facebook