Tale Bağırzadə aclıq aksiyasını dayandırdı

Ötən gün İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsi Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırzadə ilə görüşüblər. 

 

Görüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin razılığı əsasında baş tutub. 

 

Rakurs.tv "Faktxeber.com"a istinadən məlumat verir ki, görüş 15 fevral saat 14:00-da Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə, həmçinin digər inanclı məhbus Cabbar Cabbarlı arasında baş tututb. Komitə üzvləri cəmiyyətdə inanclı məhbuslarla bağlı yaranmış narahatlıq haqda müzakirələr aparıb.

 

İnaclı məhbuslarla aparılmış danışıqlarda bir sıra müsbət nəticələr əldə olunub. Tale Bağırzadə ictimayət nümayəndələrinin xaişlərini və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının görüş üçün xoşməramlı jestlərini nəzərə alaraq aclıq aksiyasını dayandırdığını elan edib. 

 

İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsi bildiri ki, inaclı məhbuslar bütün dostlarına onların taleyindən narahat olan vətəndaşlara öz salamlarını çatdırmağı xaiş ediblər.