Tale Bağırzadə 19 oktyabr aksiyasına münasibət bildirdi

Tale Bağırzadə 19 oktyabr aksiyasına münasibət bildirdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 19 oktyabr aksiyası ilə bağlı bəyanat yayıb.

 

Rakurs.tv bəyanatı olduğu kimi təqdim edir:

 

"Hakimiyyətin öz xalqına qarşı amanız davranışarının növbəti nümunəsi hər kəs kimi bizdə də nifrət hissi yaratdı. Heç bir forma dəyişmədən eyni qəddarlıq və eyni zülm və haqsızlıq. 19 Oktyabr tarixində küçələrə çıxıb haqlarını tələb edən kütləyə qarşı amansız davranış bir daha bu hakimiyyətin həqiqi simasını nümayiş etdirərək qəddarlıqla qarşısı alındı. Qadın, qoca, uşaq, cavan demədən hər kəsi əzib vurmaq, həbs edib qoruxtmaq bir hakimiyyətin xalqına qarşı nifrətindən başqa bir şey deyildir. Eyni halda bir partiya liderinə qarşı heç bir müstəviyə sığmayan vandallıq təəssüf doğurur. Dünyanın heç bir yerində belə bir hala rast gəlmək olmaz ki, siyasi partiya rəhbəri belə bir formada həbs olunub işgəncələrə məruz qalsın. Biz hakimiyyətin haqsızlığlarına məruz qalan tərəf olaraq Azərbaycan Xalq Cəbhəsinin başçısı Əli Kərimliyə qarşı vəhşi davranışı pisləyir və bu addımı onun siyasi fəaliyyəti ilə yanaşı vətəndaş cəmiyyətinin müdafiəsi ilə əlaqələndirirk. Təbii ki, bütün bu nifrət artıq uzun zamandır ki, fürsət axtaran hakimiyyətin törətdiyi rəzalət idi. Nardaran hadisəsi də daxil olmaqla hakimiyyətin qansuz addımlarına vaxtında və yerində lazımı cavab verib mövqe nümayiş etdirən Əli Kərimli heç şübhəsiz ki, bu gün hakimiyyətin qisası ilə üzləşəcəkdi. Hər növ qəddarlığı sərgiləyən hakimiyyət ona zorakılığın bütün növlərini yaşadaraq içində yığılıb qalan nifrətlərini tam çılpaqlığı ilə sərgildi. Bu nifrət ədavətdən doğan zəiflik və acizlik idi. Biz hakimiyyətin bu vəhşiliyini pisləyir və xalqın haqlı səsini boğmağa çalışan rejimi qınayırıq".

Facebook