Taksi sürücüsünün məktəbliyə təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb

Taksi sürücüsünün məktəbliyə təcavüzə cəhd etməsi ilə bağlı cinayət işi açılıb

Füzuli rayon sakini olan taksi sürücüsünün Beyləqan rayonuna kursa apardığı azyaşlı qıza təcavüzə cəhd etməsi ilə əlaqədar cinayət işi açılıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, bununla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Beyləqan rayonu ərazisində taksi sürücüsü 8-ci sinif şagirdi olan məktəbli qıza təcavüz etməyə cəhd edib. Buna cavab olaraq qızın yaxınları taksi sürücüsünü döyərək lentə alıb. Həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Facebook