Taksi sürücüsü Artur Rasizadənin kortejinin qarşısını kəsdi - Video

İyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi kortejin yolunu kəsib.

Avtosfer.az-a istinadən verilən  xəbərə görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib.

Onlardan biri də “Tofaş” markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan sürücü özünü başqalarından ağıllı sayaraq qarşı yola çıxaraq təxminən 150 metr gedəndən sonra qəflətən 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazirin kortejini müşaiyət edir və Artur Rasi-zadə özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kimi “Tofaş” sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.

Məlumata görə, gözlənilməz hadisə baş versə də yol polisi doğru qərar verərək Baş nazirin kortejinin hərəkəti davam etdirməsini təmin edə bilib. Eyni zamanda, həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üşün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib.
Hadisə kamera vasitəsilə anbaan qeydə alınıb.