Tac-Mahalın minarəsi aşdı - Fotolar

Hindistanın Aqra şəhərində yerləşən Tac-Mahal abidəsinin minarələrindən biri güclü külək və yağış səbəbindən aşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tikilinin giriş qapısındakı “Darvazayi Rauza” adı verilən və hündürlüyü 12 metr olan minarə ilə birlikdə qübbə də parçalanıb.

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, Tac-Mahal abidəsi Babur imperiyasının hökmdarı Cahan Şahın göstərişi ilə 1632-1651-ci illərdə türk memarlar tərəfindən tikilib. O, bu binanı gənc yaşda ölən həyat yoldaşı Mümtaz Mahalın xatirəsinə həsr edib.