Şəxsiyyət vəsiqəsinin vaxtı keçəndə nə qədər cərimə tətbiq olunur?

Şəxsiyyət vəsiqəsinin vaxtı keçəndə nə qədər cərimə tətbiq olunur?

Bəziləri şəxsiyyət vəsiqələrinin vaxtı bitsə də, onu yeniləmir. Bunu isə vaxt olmamasını və ya digər səbəblərlə izah edir. Ancaq çoxları vəsiqəni 1 ay ərzində yeniləmədiyi üçün cəzalanacağından məlumatsızdır.

Görəsən, vaxtı keçən şəxsiyyət vəsiqəsinə görə vətəndaşı nə qədər cərimə gözləyir?

“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bu suala cavab verib. O, 1 ay ərzində vəsiqə yenilənmədiyi halda şəxsin cərimə ediləcəyini bildirib.

"Vəsiqə yenilənmədiyi halda əvvəlcə vətəndaş xəbərdalr edilir. Sonra isə 20 manat məbləğində cərimə ola bilər".

Facebook