Şəxsiyyət vəsiqələri ilə bağlı - Yenilik

Bakutel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək.

Trend-in məlumatına görə, bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ildən başlanılacaq: “Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək. Bununla da hər bir vətəndaş elektron xidmətlərin üstünlüklərindən yararlana biləcək”.

Qeyd edək ki, BakuTel-2017 sərgisi dekabrın 5-dən 8-dək keçiriləcək.