Sürücülərə saxta parklanma vərəqəsi verilir

Sürücülərə saxta parklanma vərəqəsi verilir

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Füzuli küçəsinin sakinlərinə avtomobillərinə xüsusi parklanma vəsiqəsinin verilməsini təkzib edib.

 

Bu gün sosial şəbəkədə bir avtomobil BNA-nın loqosu olan buraxılış vərəqəsinin vurulduğu görünürb.

 

Yayılan məlumata görə, həmin parklanma vərəqəsi sakinlərin yaşadığı ərazidə avtomobilini saxlamasını, durmasını və parklanma etməsini qadağan etmir.

 

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Bizimyol.info-ya bildirib ki, agentlik adından verildiyi iddia olunan xüsusi parkalnma vəsiqəsi saxtadır.

 

“Biz bir neçə dəfə belə hallara rast gəlmişik. Kustar üsulla hazırlanmış parklanma vərəqəsinin hüquqi əsası yoxdur. Vətəndaşlar bu bildirişləri hazırlayan şəxslərə etibar etməsinlər. Bu elan imkan vermir ki sürücü dayanma və durma qaydası pozsun, ya da parklanma eləsin”,-deyə M.Ağayev bildirib.

Facebook