Suriyaya hərbçilər göndərilir

Suriyaya Qazaxıstan və Qırğızıstan hərbçilərinin göndərilməsi bağlı danışıqlar aparılır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov söyləyib. O, hələlik, bununla bağlı məsələnin tam həll olunmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyə Rusiyanın Qazaxıstan və Qırğızıstanla Suriyaya ordu göndərilməsi üçün danışıqlar apardığını bildirib.