Suriyalılar evlərinə geri dönür- Fotolar

1500 suriyalı ailə öz evlərinə geri dönüb.

Gununsesi.info xəbər verir ki, bir neçə şəhər terrorçulardan tamamilə təmizləndikdən sonra, sakinlər geri qayıtmağa başlayıblar. Məlumata görə ilkin mərhələdə 1500 Suriyalı  ailə öz evlərinə geri dönüb.

Qeyd edək ki, terrorçulardan azad edilən şəhərlərdə yaşayış binaları, xəstəxanalar, məktəb və bağçalar tamamilə dağıdılıb. Yaşayış üçün heç bir şəraitin olmadığına  baxmayaraq, Suriyalılar öz şəhərlərinə qayıtmaq istəyirlər.

Suriya höküməti şəhərlərdə infrastruktur sisteminin yenidən qurulması üçün bir sıra addımlar atıb, lakin əhalinin yaşayış şəraitinin normala dönməsi üçün digər ölkələrin də yardımı zəruridir.