"Suriyada vəziyyət köklü şəkildə dəyişib"

Suriyada vəziyyət köklü şəkildə dəyişir

Rakurs TV-nin məlumatına görə, bunu Çində keçirilən BRİCS toplantısında Rusiya prezidenti Vladimir Putin deyib. Çində Rusiya, Çin, Hindistan, Brazilya və Cənubi Afrika Respublikası prezidentlərinin görüşü baş tutub. Toplantıda çıxış edən Rusiya prezidenti Suriyada vəziyyətin hökumət qüvvələrinin xeyrinə dəyişdiyini bildirib:

"Hökumət qüvvələrinin nəzarət etdiyi ərazilər son 1-2 ildə bir neçə dəfə artdı və bu proses sürətlə davam etməkdədir. İŞİD, Ən-Nusra və digər terror təşkilatlarının tamamilə məhv edildiyini deyə bilərikmi? Bunu demək üçün hələ çox tezdir, amma Suriyada vəziyyət artıq köklü şəkildə dəyişib. Terrorçuların məhv edilməsindən sonra Suriyada atəşkəs rejiminin və terrorçulardan təmizlənmiş zonaların gücləndirilməsi və siyasi prosesin başladılması önəmli addım olacaq. Bu, çox böyük bir işdir, beynəlxalq təşkilatların yardımı olmadan Suriyan hökumətinin qarşısındakı vəzifələrin öhdəsindən gəlməsi çox çətindir".