Suriyada əsirlər dəyişdiriləcək

Suriyada tərəflər əsirlərin dəyişdirilməsini nəzərdə tutan pilot layihəyə başlamaq istəyirlər.

Modern.az xəbər verir ki, bu barədə Soçidə keçirilən sammitdən sonra birgə bəyanat yayılıb.

“Onlar (Tərəflər) konflikt iştirakçılarının əsir və meyitlərin dəyişdirilməsini nəzərdə tutan pilot layihəni həyata keçirməyə hazır olmalarını alqışlayır” – bəyanatda bildirilir.

Sənəddə həmçinin Türkiyə, Rusiya və İranın Suriyaya humanitar yardımın artırılmasına çağırış etdikləri vurğulanıb.

Tərəflər bu yardımların sayəsində sosial-iqtisadi infrastrukturun bərpasını nəzərdə tutub.

Qeyd edək ki, onlar həmçinin ərazilərin minalardan təmizlənməsində də yarım edilməsinə çağırış ediblər.