Suriyada Rusiya hərbi helokopteri məhv oldu

Suriyanın Hama əyalətində Rusiya Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində pilotlar ölüb.

Məlumatı Rusiyanın MüdafiəNazirliyi yayıb.

“Mi-24” tipli helikopter dekabrın 31-də Hamada tapşırığın icrası zamanı qəzaya uğrayıb. Hadisəyə səbəb helikopterdə texniki nasazlıq olması göstərilib.