Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb

Suriyada hakimiyyətin nəzarətinə keçən yaşayış məntəqələrinin sayı artıb.

Trend-in məlumatına görə, ötən gün Dəra vilayətinin ət-Tubba yaşayış məntəqəsi könüllü şəkildə Suriya hökumət qüvvələrinin tərəfinə keçib.

Bununla da ölkənin cənubunda Suriya hakimiyyətinin nəzarəti altına qayıdan yaşayış məntəqələrinin sayı 12-yə çatıb.