Suriyada daha bir azərbaycanlı öldürülüb

Azərbaycanlı, əslən Bakıdan olan Ənvər adlı şəxs Suriyada öldürülüb.

Modern.az xəbər verir ki, o, Türkmən Dağı bölgəsində hökumət qüvvələri ilə döyüşdə öldürülüb.

Məlumata görə, adı Ənvər olan azərbaycanlı Suriya müxaliflərinin tərkibində döyüşürmüş. O, hökumət qüvvələrinin Türkmən Dağına hücumu zamanı öldürülüb.