Suriyada 270 jurnalist mühasirəyə alındı: həyatları təhlükədədir

Suriyada Bəşər Əsəd qüvvələrinin nəzarətinə keçən Dara şəhərində 270 jurnalist təhlükədədir.
 
Qaynarinfo xəbər verir ki, Suriya Jurnalistlər Dərnəyinin açıqlamasında 270 jurnalistin böyük təhlükə ilə üz-üzə olduğu bildirilir. Media nümayəndələri son günlərdə Quneytra ərazisində kiçik yerə getməyə məcbur edilib, bəzi jurnalistlər isə Dara şəhər mərkəzi və qərbində mühasirəyə alınıb. Dərnək bildirir ki, hökümətin sərt müdaxiləsi ilə üzləşən media üzvləri həbs ediləcək və ya öldürüləcək. 
 
Təşkilat, jurnalistlərin ailələri ilə birlikdə ərazini təhlükəsiz şəkildə tərk edə bilmələri üçün müraciət ünvanlayıb. 
 
Qeyd edək ki, hökümət qüvvələri 20 iyunda Rusiyanın dəstəyi ilə ərazidə müxaliflərə qarşı hərbi əməliyyat təşkil edib. Qarşıdurmalarda evlərini tərk etmək məcburiyyətində qalan mülki vətəndaş sayı 350 mindir.