Suriya zəfərini elan etdi: Ölkə azad edildi

Suriya ordusu İŞİD terror təşkilatının nəzarətində olan son qəsəbəni də azad edib.

Xarici mediaya istinadla xəbər verilir ki, bununla da Suriya ordusunun terrorçular üzərində zəfər elan etdiyini bildirilib.

Məlumatlara görə, Əbu Kamal üzərində döyüşlər 2 sutka davam edib.

Əməliyyatlarda "Hizbullah" döyüşçüləri, şiə milislər və Rusiya qüvvələri iştirak edib.