Suriya problemində dönüş: Əzəli rəqiblər razılığa gəldi

İsrail tərəfi danışıqların belə tez bitməsinə görə təəccüblənib

Əmmanda İordaniyanın vasitəçiliyi ilə İran və İsrail nümayəndələri arasında görüş baş tutub. Səudiyyə Ərəbistanın “Elaf” nəşrinə istinadən xəbər verilir ki, ötən həftə baş tutan danışıqlar zamanı Suriyanın cənub rayonlarında hərbi əməliyyatlar həyata keçirilib. 

“Elaf” nəşrinin məqaləsində iddia olunur ki, görüş zamanı iranlılar Suriyanın cənubunda – Deraa və Kuneytra vilayətlərində, İsraillə sərhəd ərazilərdə hərbi əməliyyatlarda iştirak etməyəcəyinə dair söz veriblər. Öz növbəsində İsrail tərəfi əgər İran qüvvələri və Livan “Hizbullah”ı iştirak etməyəcəyi təqdirdə hərbi əməliyyatlara müdaxilə etməyəcəklərinə vəd veriblər. 

Nəşr vurğulayır ki, İsrail tərəfi danışıqların belə tez bitməsinə görə təəccüblənib.

“Elaf”-ın məlumatına görə, danışıqlarda İran tərəfindən komandanlıqda müvafiq mandat alan bu ölkənin İordaniyadakı səfiri Möctəba Firdovsi, İsrail tərəfindən isə kəşfiyyat orqanı “Mosad”-ın rəhbərinin müavini olub. 

Rəsmi Əmman İran – İsrail danışıqları barədə Dəməşq və Moskvanı məlumatlandırıb. Rusiya tərəfi is öz növbəsində İordaniya və İsrail tərəfinə iranlılar və “Hizbullah”ın Suriyanın cənubunda döyüşlərdə iştirak etməyəciyinə dair zamin durub. 

“Elaf” nəşri qeyd edir ki, rəsmi Tehran son zamanlar İsrail aviazərbələri tərəfindən yaşanın itkilərin miqyasından narahat olmağa başlayıb. 

Aparılan danışıqlardan sonra İranın Ammandakı səfiri İordaniya KİV-nə müsahibəsində qeyd edib ki, İran qüvvələri və İrana bağlı birliklər yaxın Deraa və Kuneytrada keçirilməsi planlaşdırılan əməliyyatlarda iştirak etməyəcək. İran diplomatı qeyd edib ki, bu barədə müvafiq razılaşma İordaniya və “regionun digər ölkələri” ilə əldə olunub.