Suriya ordusunun İŞİD-dən müsadirə etdiyi silah arsenalı - Foto-Video

FaktXəbər-in verdiyi məlumata görə, Suriya milli ordusu Deyr əz-Zər vilayətində əməliyyatları davam etdirir. Ötən gün ordunun keçirdiyi əməliyyat zamanı Əl-Mayadin bölgəsində İŞİD terror təşkilatının ən böyük silah arsenalı ələ keçirilib. 

Silah arsenalından çəkilən görüntülərdə terrorçuların bütün növ silahlar, hava, quru və kəşfiyyat xarakterli əməliyyatlar üçün ən müasir silah-sursatlara malik olması öz əksini tapıb. Marqlıdır ki, hərbi sursatın əksəriyyəti ABŞ və Qərb ölkələrinə məxsus silahlardır.