Suriya ordusundan daha bir qələbə: bu bölgə azad edildi

Suriya ordusu ölkənin cənubunda yerləşən Dera ərazisində yaşayış məntəqəsini Nüsrə Cəbhəsindən azad edib.

Axar.az xəbər verir ki, azad olunmuş ərazilərdəki külli miqdarda silah-sursat və bir neçə hərbi texnika hökumət qüvvələrinin ixtiyarına keçib.

Hazırda ərazinin minalardan təmizlənməsi əməliyyatlarına başlanılıb.