Suriya ordusu terrorçuların labaratoriyasını aşkar etdi: Zəhərli qaz və kimyəvi silah istehsal olunurmuş - Video

Suriya ordusu terrorçular tərəfindən kimyəvi silah istehsal etmək üçün istifadə olunan labaratoriya aşkar edib.

Rakurs TV xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Xəbərdə bildirilir ki, zəhərli qaz və kimyəvi silah istehsalı üçün istifadə olunan labaratoriyanı Şərq Qutanı terrorçulardan təmizləyən Suriya ordusu Afrantis məntəqəsində aşkar edib.

Xəbərdə labaratoriyada top mərmisi hazırlamaq üçün lazım olan materialların da ələ keçirildiyini qeyd edilir. 

SANA bununla bağlı videogörüntüləri də yayımlayıb.