Suriya ordusu Tartusda terror aktının qarşısını aldı - Foto

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu Tartus şəhərini hədəf seçən hücumun qarşısını alıb. Təhlükəsizlik qüvvələri Homs-Tartus avtomobil magistralında hərəkət edən minalanmış nəqliyyat vasitəsini zərərsizləşdirib.

Maşının partladılması nəticəsində içərisində olan Suriya ordusu uniforması geyinən iki terrorçu ölüb. Mənbələrə görə, terrorçular minalanmış nəqliyyat vasitəsini Tartusun mərkəzində partlatmaq istəyirmiş.