Suriya ordusu İŞİD-in mühüm qalalarından birini ələ keçirdi - Foto/Video

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu və müqavimət qüvvələri Suriyanın Hums şəhərinin Əs-Suxna strateji bölgəsini İŞİD terrorçularından tamami ilə azad edib. Suriya ordusu Əs-Suxnəni azad etmək üçün günlərdir ağır döyüşlər aparırdı.

Qeyd edək ki, Hums şəhərinin şərqində yerləşən Əs-Suxnə terorçuların əsas qalalarından biri hesab olunurdu. Şəhərin azad edilməsi hökumət qüvvələrinə silahlıların 3 ildir mühasirədə saxladığı Deyr-ez-Zora hücum imkanlarını daha artırıb. Ordu hazırda bölgədə qələbə bayramı qeyd edir.