Suriya ordusu Deyr əz-Zor vilayəti ətrafında strateji məntəqələrə doğru irəliləyir - Video

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Suriya ordusu Deyr əz-Zor vilayəti ətrafında yerləşən strateji əhəmiyyətli ərazilərə doğru irəliləyib. Tank və digər texnikalarla irəliləyən Suriya ordu qüvvələri Deyr əz-Zor vilayəti ətrafındakı böyük hərbi əhəmiyyət kəsb edən təpəlikləri terrorçulardan azad etmək uğrunda əməliyyatlar keçirir.

Qeyd edək ki, Suriya ordusu və müttəfiqləri Suriyanın şimal-şərqi və şərqində yerləşən səhra ərazilərini İŞİD terrorçularından azad etmə əməliyyatlarını davam etdirir.