Suriya ordusu Afrinə girdi

Suriya hərbi birləşmələrinin Afrinə girdiyi iddia olunur.
 
"Reuters"ə istinadən xəbər verilir ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilib. 
 
Suriya dövlət televiziyası da Şam rəhbərliyinə bağlı hərbi qruplaşmaların bir neçə saat ərzində Afrinə girəcəyini bəyan edib.
 
5 avtobusun səhər saatlardında Hələbdən Afrinə hərəkət etdiyi iddia edilir.
 
Məlumatda deyilir ki, Suriya  prezidenti Bəşər Əsədə tabe olan polis qrupları da bir neçə saat əzrində Afrinə yerləşdiriləcək.
 
PYD ilə Şam arasındakı razılığın, sadəcə, hərbi olduğu, Əsədlə siyasi danışıqların daha sonra ediləcəyi vurğulanır. 
 
YPG rəhbərlərindən biri isə bildirib ki, Suriya ordusunun Afrinə yerləşdiliməsi mövzusunda Şamla hələ də danışıqlar aparılır və hələ də son qərar verilməyib. 
 
Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.