Suriya hökumətindən Ağ Evə "kimyəvi hücum" cavabı

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya hökuməti Ağ Evin Dəməşqin kimyəvi hücum hazırlığında olduğu istiqamətindəki iddiasını rədd edib.

Suriya milli razılaşma naziri Əli Heydər AP xəbər agentliyinə müsahibəsində Suriya hökumətinin heç bir zaman kimyəvi hücum təşkil etmədiyini və gələcəkdə də heç vaxt etməyəcəyini deyib. Əli Heydər Ağ Evin Suriya hökumətinin kimyəvi hücum hazırlığında olduğu istiqamətindəki açıqlamasının isə BMT-də Suriyaya qarşı açılacaq diplomatik müharibənin göstəricisi olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evdən verilən açıqlamada başqa bir kimyəvi hücum təşkil olunacağı halda Suriya Prezidenti Bəşər Əsəd və ordusunun böyük bir əvəz ödəyəcəyi sözələri yer almışdı.