Şura Əmiraslanova: "Vaxt gələcək, Qiyası tutduranlar cəzalarını cəkəcəklər" - Video

Bu gün NİDA hərəkatının üzvü Qiyas İbrahimovun doğum günüdür. O, 2016-cı il mayın 10-da Bayram Məmmədovla birlikdə sabiq prezident Heydər Əliyevin abidəsinə şüar yazdıqdan sonra saxlanılıb. Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar. Məhkəmənin hökmü ilə hər iki gənc 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar isə bu ittihamı qəbul etmirlər, tək günahlarının heykəlin postamentinə yazdıqları sözlər olduğunu bildirirlər.