"Sünni ərəb rejimləri bizim yanımızdadır"

İsrailin keçmiş hərb naziri sünni ərəb rejimlərinin onların yanında olduqlarını bildirib.

“Al Jazeera”-ya istinadən verilən xəbərə görə,  Londonda keçirilən konfransda çıxış edən Muşe Yəlun bu məsələyə toxunaraq deyib: “Orta Şərqə ifratçı islam düşüncələri hakimdir. Biz bölgədə İran şiəçiliyi ideologiyasının şahidiyik. Onlar nəyin bahasına olur olsun bölgəyə nəzarəti ələ keçirmək istəyirlər. Onlar Tehrandan Bağdada, ordan Dəməşqə, Dəməşqdən isə “Hizbullah”ın yerləşdiyi Beyruta qədər yol çəkmək niyyətindədirlər. Bütün bunlara baxmayaraq mühüm olan sünni ərəb rejimlərinin İranla düşmənçilik barədə bizim yanımızda olmalarıdır.”