Sumqayıtda zərərçəkənlər üçün çadırlar quraşdırılır

Xəbər verildiyi kimi, avqustun 5-də Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, yanğın nəticəsində mənzillərinə ziyan dəymiş bəzi vətəndaşların həyat fəaliyyətini təmin etmək üçün avqustun 6-da 30 çadırın quraşdırılmasına başlanılıb. İşlərin Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları tərəfindən aparıldığı bildirilir.

Çadırların quraşdırılmasına 35 nəfərlik heyətin və texnikanın cəlb olunduğu qeyd edilir.