EURO : 1,8796 TRY : 0,2939 USD : 1,7 RUB : 0,0267
Sumqayıtda təhlükəsizlik tədbirləri və saxlanmalar

Sumqayıtda təhlükəsizlik tədbirləri və saxlanmalar

Hüquq-mühafizə orqanları bazar günü Sumqayıtda iyulun 10-da Gəncə hadisələrindən sonra sosial şəbəkələr vasitəsilə çağırışı həyata keçirilən mümkün etiraz aksiyasının qarşısını almaq məqsədilə misli görünməmiş təhlükəsizlik tədbirləri görüb.

Polis və xüsusi təyinatlı dəstələr şəhər administrasiyası qarşısındakı meydana keçidləri tamamilə bağlayıb. Bitişik küçələrdə bir neçə zirehli texnika görülüb.

Hakimiyyət kafe və mağaza sahiblərinə insanların yığışmasının qarşısını almaq üçün obyektləri bağlamaq göstərişi verib.

Bu zaman polis şəhər sakinlərinin baş verənləri və zirehli texnikanı mobil telefonlarla çəkməsinə icazə verməyib.

Eyni zamanda, "dini radikalların" və "onları dəstəkləyən radikal müxalifət nümayəndələrinin" aşkar edilməsi və saxlanması məqsədilə reydlər aparılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 18 nəfər saxlanılıb.

Xatırladaq ki, iyulun 10-da Gəncədə şəhər administrasiyasının binası qarşısında qarşıdurma zamanı iki polis zabiti öldürülüb. Etirazlar ayın 3-də sui-qəsdə məruz qalmış şəhər icra başçısı Elmar Vəliyevin işindən narazılıqla əsaslandırılıb.

Hakimiyyətin məlumatına görə, iğtişaşlar dini radikallar tərəfindən təşkil edilib.

Bundan sonra sosial şəbəkələrdə şübhəli profillər vasitəsilə Sumqayıtda şəhər rəhbərliyinin fəaliyyətinə qarşı etiraz əlaməti olaraq bu hərəkətləri təkrar etmək çağırışları yayılıb. 

Turan

Facebook