Səudiyyə şahzadəsi: "Türkiyə bizim düşmənimizdir"

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn  Salman şok açıqlama ilə çıxış edib. Sozcu.com.tr-yə istinadən xəbər verilir ki, Səudiyyə kralının oğlu Türkiyəni ölkəsinin düşməni elan edib.

Misirdə səfərdə olan Salman deyib ki, Misir və Səudiyyə Ərəbistanının düşmənləri şeytan uçbacığıdır: “Bizim düşmənlərimiz şeytan üçbucağıdır. Bunlar İran, Türkiyə və terrorçulardır”.

O deyib ki, Türkiyə prezidenti Ərdoğan yeni Osmanlı xilafəti qurmağa çalışır.