Səudiyyə şahzadələri ağır şərtlə azadlığa buraxılır

Səudiyyə Ərəbistanı hökuməti həbs olunan şahzadələrin azadlığa çıxmaları üçün onların sərvətlərinin bir hissəsinin dövlətə bağışlanmasını istəyib.

Bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Ər-Riyadın bununla dövlət büdcəsini yüz milyardlarla dollarla doldurmaq istədiyini bildirib:

“Ritz Karlton” otelində saxlanılan şahzadələrin çoxu ilə danışıqlar aparılıb. Onlara pul qarşılığında azad olunmaq təklif edilib. Hətta həbsdə olan milyarderlərdən birindən sərvətinin 70%-i tələb olunub”.