Səudiyyə Ərəbistanından Qətərə: "Bu bir müharibə elanıdır"

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Qətərin Kəbəyə beynəlxalq status verilməsi istiqamətində tələbi olduğunu iddia edib. Bu tələbi Səudiyyə krallığına qarşı müharibə elanı kimi səciyyələndirib.

"Əl-Ərəbiyə" televiziyasına danışan Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr "Qətərin Məkkəni beynəlmiləlləşdirmə tələbi təcavüzkarcasınadır və krallığa müharibə elanıdır", - sözlərini dilə gətirib. Adil əl-Cubeyr Səudiyyə Ərəbistanının Kəbəyə beynəlxalq status verilməsi üçün çalışan hər kəsə cavab vermə haqqını gizli saxladığını deyib.

Qətərin belə tələbi olub-olmadığı bilinmir. Lakin Doha rəhbərliyi Səudiyyəni həcci siyasiləşdirməkdə tənqid etmiş, bu il qətərlilərə maneə törətdiyi səbəbilə Birləşmiş Millətlər Təşkilatı xüsusi məruzəçisinə müraciət etmişdi.