Səudiyyə Ərəbistanı Yəmən müharibəsinə görə hər ay nə qədər xərcləyir?

Eastnews.org-un verdiyi xəbərə görə, Vaşinqton mərkəzli Yaxın Şərq Araşdırma Mərkəzi Yəmən müharibəsində Səudiyyə Ərəbistanının milyardlarla dollar xərclədiyini açıqlayıb.  

Mərkəz bu barədə hesabat yayıb.  

Hesabatda vurğulanır ki, hər ay azı 5 və ya 6 milyard dollar Səudiyyə Ərəbistanı Yəmən müharibəsinə görə xərcləyir.  

“Müharibənin uzanması nə ABŞ-a, nə də Səudiyyə Ərəbistanına sərf etməyəcək”, deyə hesabatda qeyd olunur.