Səudiyyə Ərəbistanda qız şagirdlər bədən tərbiyəsi dərsinə girə biləcək

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi dövlət məktəblərində oxuyan qız şagirdlər üçün yeni dərs ilindən etibarən bədən tərbiyəsi dərsi keçmək qərarı qəbul edib.

Bədən tərbiyəsi dərslərinin şəriətə uyğun olaraq keçiləcəyi bildirilib. Səudiyyə Ərəbistanda 4 il əvvəl özəl məktəblərdə qız şagirdlərə bədən tərbiyəsi dərsinin keçilməsinə icazə çıxmışdı. Bundan başqa, ölkədə bir neçə il əvvəl qadın idman mərkəzlərinin açılışı üçün lisenziya verilməsi leqallaşmışdı.