EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
“Səsvermə bitsə də seçki hələ yekunlaşmayıb” – Arif Hacılı saxtakarlıqdan danışdı

“Səsvermə bitsə də seçki hələ yekunlaşmayıb” – Arif Hacılı saxtakarlıqdan danışdı

Arif Hacılı: “100-dək Seçki Dairəsindən nəticələrin ləğv olunması tələbi ilə şikayət ərizələri MSK-ya təqdim olunub”

 

9 Fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar Parlament seçkiləri ciddi fəsadlar və saxtakarlıqlarla yadda qaldı. Həm cəmiyyət, həm namizədlər tərəfindən ciddi tənqid atəşinə tutulan Mərkəzi Seçki Komissiyası (MSK), şəffaflığa kölgə salan dəlillər qarşısında aciz qalaraq 4 Dairənin ( 33,35,74 və 80) nəticələrini ləğv etdi. Daha 20 Dairə haqqında isə araşdırmalar aparılır.

 

Bəs görəsən nəticələri ləğv olunan Dairələrə keçiriləcək təkrar seçkilər zamanı cəmiyyət nəyin şahidi olacaq?.

MSK heç olmasa bu dairələr üzrə şəffaflığı təmin edə biləcək, yoxsa yenə də saxtakarlıq müşahidə olunacaq?.

 

Rakurs.tv-nin ünvanladığı sualları “Müsavat” başqanı Arif Hacılı cavablandırıb. Partiya sədri bildirib ki, hələ ümumi proses başa çatmayıb: “Mən bilirəm ki, 100-dək Seçki Dairəsindən nəticələrin ləğv olunması tələbi ilə şikayət ərizələri MSK-ya təqdim olunub. Ərizələr hələlik müzakirə edilir. Bundan sonra Konstitusiya məhkəməsi qərar qəbul edəcək. Ona görə də, verilən sualları tam şəkildə bütün qərarlar yekunlaşdıqdan sonnra cavablandırmaq daha düzgün olar. Qeyd etmək istəyirəm ki səsvermə bitsə də, seçki hələ yekunlaşmayıb. Seçki Konstitusiya məhkəməsinin qərarından sonra bitəcək”.

 

Arif Hacılı qeyd edib ki, hələlik seçkilərdə yol verilən qanun pozuntuları və saxtakarlıqlarla əlaqədar bütünlükdə nəticələrin ləğv olunmasını və yeni seçkilər təyin edilməsini tələb şəklində irəli sürmüşük. Hazırda bu məsələlərlə bağlı öz siyasi fəaliyyətimizi davam etdiririk. Nəticələri ləğv olunan Dairələrə təkrar seçkilər zamanı şəffaflığın şahidi olub-olmayacağımızı isə zaman göstərəcək”.

Facebook