Sərnişin sıxlığı yeni qatarda nasazlıq yaratdı - FOTO

Sərnişin sıxlığı yeni qatarda nasazlıq yaratdı - FOTO

Bu gün səhər, saat 10 radələrində metroda yeni qatar sərnişinləri daşıyarkən problemlə üzləşib.

 

"Həzi Aslanov"- "Dərnəgül" istiqamətində hərəkət edən qatar bir neçə dəfə tuneldə saxlamalı olub.

 

1 iyun "Uşaqlar günü" ilə əlaqədar uşaqların da çoxluq təşkil etdiyi qatarda sərnişinlər böyük təlaş keçiriblər. Sıxlığın müşahidə olunduğu qatar "Nərimanov" stansiyasına çətinliklə də olsa çata bilib.

 

Bundan sonra maşinist qatarın nasaz olduğunu bildirərək, sərnişinlərin qatarı tərk etməsini tələb edib. Metrostansiyada sıxlıq müşahidə olunub.(musavat)

Facebook