“Sərhədsiz reportyorlar” Natiq İsbatovun azad olunmasını tələb edir

“Sərhədsiz reportyorlar” Natiq İsbatovun azad olunmasını tələb edir

“Sərhədsiz reportyorlar” (RSF) Bakıda işədüzəltmə idarəsinin ofisinin qarşısında etirazı çəkərək guya karantin qaydalarını pozduğuna görə həbs edilmiş müstəqil azərbaycanlı reportyor Natiq İsbatovun dərhal azad olunmasını tələb edir və hakimiyyəti tənqidin susdurulması üçün  karantin rejimindən istifadəyə son qoymağa çağırır.

Həmkar jurnalistlərin sözlərinə görə, N.İsbatov aprelin 9-da epidemiya nəticəsində işini itirəndən sonra maddi yardımdan məhrum olmuş bir qadınla müsahibədən sonra həbs edilib. Ertəsi gün “karantin pozuntusu” və “polisə müqavimətə görə” 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

“Azərbaycanda müstəqil jurnalistikanı təqib etmək üçün jurnalistlərə qarşı karantin qadağalarından istifadə yeni bir metoda çevrilib”, - RSF Şərqi Avropa və Orta Asiya bürosunun rəhbəri Janna Kavelye deyib. “Hakimiyyət jurnalistlərin müdafiəsilə bağlı öz vədlərini yerinə yetirmir. Biz Natiq İsbatovun saxlanılmasını qətiyyətlə pisləyirik və onun dərhal azad edilməsini tələb edirik”.

Lap əvvəldən dəfələrlə Azərbaycan hakimiyyəti koronavirus epidemiyası ilə bağlı informasiyanı nəzarətdə saxlamaq istəyini ifadə edib. Martın 17-də informasiya haqqında qanuna edilən düzəlişlərə əsasən hakimiyyət onlayn-KİV sahiblərini istənilən “qeyri-dəqiq” və ya “təhlükəli” kontentə görə məhkəmə qaydasında təqib edə bilər ki, bu da böhranın işıqlandırılmasını çətinləşdirir.

Eyni zamanda kütləvi informasiya vasitələrinə və jurnalistlərə təzyiq edilir ki, onlar ancaq fevralın 27-də hökumət tərəfindən yaradılmış Operativ Qərargahın rəsmi məlumatlarından istifadə etsinlər.

Baş Prokurorluq sosial şəbəkələrin istifadəçilərinə xəbərdarlıq edib ki, hakimiyyət “yalan xəbərlər”ə dair bütün məlumatları araşdıracaq və “qanunu pozanları” cəzalandıracaq.

Bakıda fəaliyyət göstərən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi qeyri-hökumət təşkilatının məlumatına görə, sosial şəbəkələrin 120-dən çox istifadəçisi polisdən xəbərdarlıq alıb.

Lokaut zamanı hərəkətləri asan idarə olunan müxalifət partiyalarının işıqlandırılması jurnalistlər üçün əlavə təhlükə yaradır.

Belə ki, aprelin 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri ilə müsahibədən və Müsavat Partiyası sədrinin müavininin məhkəməsində iştirak etdikdən sonra “Azad söz” xəbər saytının reportyoru Teymur Kərimov dörd nəfərin hücumuna məruz qalıb. Onun kamerasını, noutbuk və müsahibənin yazıldığı yaddaş kartını alıblar.

Facebook