EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
 “Sovetski” sakinlərinə vaxt verildi

“Sovetski” sakinlərinə vaxt verildi

Bakının “Sovetskaya” yaşayış massivindəki fərdi evlərdə yaşayan təxminən yeddi ailə gələn ayın əvvəlinə qədər evdən çıxmalıdır ki, tikinti texnikası onların evlərini sökə bilsin. Bu barədə 2020-ci il yanvarın 20-də səhər iki sakin Turan-ın müxbirilə söhbət zamanı bildirib.

Belə xəbərdarlıqla yazılı bildiriş 2020-ci il qışın əvvəlində sakinlərə paylanıb.

Sakinlər alternativ mənzil alınması variantlarını müzakirə edirdilər və onlara yaxınlaşan jurnalistin suallarını cavablandırdılar. Dövlət köhnə mənzilin bir kvadrat metri üçün mənzil sahiblərinə 1500 manat kompensasiya ödəyir və ya yaşayış üçün hazır mənzillərdən birini seçməyi təklif edir. Son 10 gündə Yasamal rayonunun bu yaşayış massivində sakinlər evlərindən çıxarılır, onların  əksəriyyəti evlərini tərk edib və evlər dərhal ekskavator ilə dağıdılıb.

Sakinlər məcburi köçürülmədən narazıdırlar, kompensasiyanın miqdarını yetərli hsab etmirlər, çünki 60-80 kvadratmetr ərazidə yaşasalar da şəhərin mərkəzində idilər,   indi isə Bakının uzaq rayonlarında ikiotaqlı mənzillər və ya paytaxtətrafı ərazilərdə iki sot sahəsi olan ayrıca kiçik ev ala bilərlər.

“Bizdən daha çox məlumat almaq istəyirsiniz? Sakinlərə bizə ödəniləcək məbləğə əlavə olaraq hər kvadratmetr üçün 500 manat vəd edin, görün, nə qədər adam toplaşır.  Biz problemimiz haqqında KİV-də dərc edilən yazıların faydasını görmürük. Heç kim bizə kömək edə bilməz. Ayın sonuna qədər köçəcəyik, başqa yolumuz yoxdur”, - adlarını açıqlamayan sakinlər deyiblər.

Ərazidə görünür ki, qalan evləri əhatə edən məkan yaşayış üçün yararsız vəziyyətə gətirilib. Evlərə yol yoxdur, kommunikasiyalar dağıdılıb, ərazi hasara alınıb.

Bakıda “Təzə Pir” məscidinin yuxarı hissəsində “Sovetski” adlanan yaşayış massivinin qalan hissəsi tezliklə söküləcək. Son üç ildə buradan iki minə yaxın ailə köçürülüb. Köhnə yaşayış evlərindən təmizlənmiş yerdə attraksionlar və avtomobil şossesi üzərində piyada körpüsü olan park salınıb. Boşaldılmış ərazidən Yasamal rayonunun dağlıq hissəsini Bakının mərkəzi ilə birləşdirən geniş avtomobil yolu çəkilib. Bakının Yasamal Rayon İcra Hakimiyyətində telefon zənglərinə cavab vermirlər, çünki əməkdaşlar matəm tədbirlərinin təşkili ilə məşğuldurlar.

Azərbaycan Konstitusiyası və qanunları vətəndaşların onlara məxsus daşınmaz mülkiyyətə sahiblik və sərəncam vermək hüququnu müəyyən edir.

Azərbaycan Konstitusiyası, maddə 29: Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ var. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respiblikası Mənzil Məcəlləsi, maddə 5 vətəndaşların mənzil toxunulmazlığı hüququnu təmin edir. Bənd 5.3: Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsilə bağlı AR Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarında deyilir:

AR Mülki Məcəlləsinin 152-ci maddəsi: Mülkiyyət hüququ  subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Facebook