Sosial şəbəkələrdə ''qara torba'' aksiyası

'Həbs olunan jurnalist Əfqan Muxtarlıya dəstək olaraq…''

 Sosial şəbəkələrdə Tbilisidə həbs olunaraq Bakıya gətirilən jurnalist Əfqan Muxtarlıya dəstək aksiyası keçirilir. 

Azərbaycanda yaşayan jurnalistlər, ictimai fəallar profillərinə başlarına qara torba keçirilmiş fotolarını qoyublar. 

Onlar bunu Əfqan Muxtarlı saxlanan zaman başına torba keçirilməsi ilə əlaqələndirirlər. 

“Başına torba keçirilərək Tbilisidən Bakıya gətirilən, sonra da həbs olunan jurnalist Əfqan Muxtarlıya dəstək olaraq”, - deyə yazılıb fotoların şərhində. 

<figure cs_fl_middle="" clearfix="" center-block"="" style="box-sizing: border-box; margin: 0px 0px 20px; font-family: Arial, Helvetica, sans-serif; font-size: 14px; text-align: start; background-color: rgb(255, 255, 255); max-width: 600px;">

 

 

Son 3 gündür Gürcüstanın paylaxtı Tbilisidə də müxtəlif aksiyalar keçirilir. Aksiya iştirakçıları Parlament, Təklükəsizlik Nazirliyinin qarşısında  Əfqan Muxtarlının müdafiəsi ilə bağlı toplaşırlar. Onlar gürcü hüquq müdafiəçiləri, jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri və Əfqan Muxtarlının ailəsi, dostlarıdır.

Aksiya iştirakçılarının başlarında qara torba, əllərində plakatlar və Əfqan Muxtarlının fotoları var. Onlar toplaşdıqları binaların önündə fit çalaraq etiraz edirlər.

Gürcüstan hökumətindən küçənin ortasında başına torba keçirilib, döyülərək Azərbaycana təhvil verilən jurnalistə görə cavab tələb edilər.   

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib: 

“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur. 

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir. 

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, - deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib

Baş Prokurorluğun mətbuat xidməti də Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. Onun deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Gürcüstan prezidenti Giorgi Margvelashvili də jurnalist Əfqan Muxtarlı ilə bağlı açıqlama verib. O, interpressnews.ge saytına naməlum şəkildə adam oğurluğunun Gürcüstanın suverenliyi və dövlətçilik üçün ciddi təhlükə olduğunu deyib: 

“Hüquqşünasların açıqlaması bizim üçün ağırdır. Əvvəla biz hamımız anlamalıyıq ki, Gürcüstan bölgədə medianın və insan haqlarının qorunmasında lider dövlətdir. Bu, bizim suverenliyimizin və dövlətçiliyimizin bir parçasıdır. İnsan oğurluğu isə ölkənin möhkəmliyi, suverenliyi üçün ciddi problemdir”.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.