Sosial şəbəkə istifadəçilərinə çağırış edildi

Sosial şəbəkə istifadəçilərinə çağırış edildi

“Döyüş əməliyyatları barədə xoş məramla işlədilmiş qeyri-dəqiq məlumatlar da qarşı tərəfin mənafeyinə xidmət edə bilər”

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 19-da sosial şəbəkə istifadəçilərinə çağırış edib.

Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar:

“Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

Oxşar çağırışı bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb.

Facebook