EURO : 1,8873 TRY : 0,2491 USD : 1,7 RUB : 0,0242
Son hadisələr Gürcüstan turizminə ziyan vurub

Son hadisələr Gürcüstan turizminə ziyan vurub

Tbilisidə turizm sahəsində fəaliyyət göstərən sahibkarlar, taksilər, iş adamları ölkədə baş verən son siyasi hadisələri turizm sahəsinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Operativ.tv bu haqda Gürcüstan KİV-lərinə istinadən məlumat verir. Xidmət sektorunda fəaliyyət göstərən Gürsüstan vətəndaşları hadisələrin yay mövsümünə təsadüf etməsini onların gəlirlərinə bir başa təsir göstərdiyini deyirlər:

"Əlbəttə, pisdir. Yay mövsümü ölkəmizdə turist axını ilə səciyyələnir. Turizm - iqtisadiyyatımızın, gəlirlərimizin əsas mənbəyidir", deyə xidmət sektorunda gəaliyyət göstərən taksilərdən biri qeyd edib. 

Xatırladaq ki, Gürcüstan parlamentinin iclası zamanı rusiyalı deputatın çıxışı ölkədə, xüsüsən paytaxt Tbilisidə etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində onlarla şəxs xəsarət alıb, polis 300-dən çox etirazçını saxlayıb. 

Facebook