Son beş ildə Azərbaycana 1211 nəfər readmissiya edilib

2019-cu ilin əvvəlindən Azərbaycana 239 şəxs readmissiya olunub. Son beş ildə - 2014-cü ilin sentyabrından indiyədək ölkəyə 1 211 şəxs readmissiya edilib. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov birinci yarımilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Readmissiya əsasən Avropa ölkələrindən olub. Həmin şəxslər xarici ölkələrdə yaşamaq üçün müraciət ediblər, nəticə əldə edilə bilməyiblər.

Komitə sədri ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizədən danışarkən deyib ki, ötən il qanunsuz miqrantların saxlanma mərkəzlərinə 899 miqrant yerləşdirilib. İlin əvvəlindən 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrin vətəndaşlarıdır.

2019-ci ildə Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul olunub.

Azərbaycanda daimi yaşamaq üçün 1694 nəfərə icazə verilib. Onlardan 347 nəfəri Gürcüstan, 225 - Rusiya, 95- Türkiyə, 43 nəfəri Ukrayna və İran vətəndaşlarıdır.