Son 28 il ərzində Azərbaycanda kimlər prezidentliyə namizəd olub? –Siyahı

Aprelin 11-də keçiriləcək prezident seçkisində hələlik 4 nəfər qeydiyyata alınıb: İlham Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Zahid Oruc.

Novator.az əvvəlki prezident seçkilərinin neçə namizədlə keçməsinə nəzər salıb.

1990-cı il mayın 18-də parlament Ayaz Mütəllibovu prezident seçib. O, yeganə namizəd olub.

Ümumxalq səsverməsi ilə birinci prezident seçkisi 1991-ci il sentyabrın 8-də keçirilib. Həmin seçkidə Ayaz Mütəllibov təkbaşına mübarizə aparıb. 1992-ci il iyunun 7-də keçirilən prezident seçkisində 5 nəfər yarışıbƏbülfəz Elçibəy, Nizami Süleymanov, Yaqub Məmmədov, İlyas İsmayılov, Rafiq Turabxanoğlu.

1993-cü il oktyabrın 3-nə təsadüf edən prezident seçkisində 3 namizəd olub:Heydər Əliyev, Kərrar Əbilov, Zakir Tağıyev.

1998-ci ilin 11 oktyabrındakı seçkidə 6 namizəd mübarizə aparıb:Heydər Əliyev, Etibar Məmmədov, Nizami Süleymanov, Firudin Həsənov, Əşrəf Mehdiyev, Xanhüseyn Kazımlı.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində 8 nəfər mübarizə aparıb: İlham Əliyev, İsa Qəmbər, Lalə Şövkət, Etibar Məmmədov, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev.

2008-ci ilin 15 oktyabr seçkisi 7 namizədlə keçib: İlham Əliyev, İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Fuad Əliyev, Hafiz Hacıyev.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkisinə 10 nəfər qatılıb: İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev, Sərdar Cəlaloğlu.